Avtomobil yollarını təmizləyən işçilərə xüsusi geyim paylanılıb

Geyimlər həmin şəxsləri avtomobil qəzalarından qorumaq üçündür

Source:


Geyimlər həmin şəxsləri avtomobil qəzalarından qorumaq üçündür

Avtomobil yollarında təmizlik işləri aparan qadınların dəfələrlə avtomobillə vurulması hadisələrindən sonra Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi ilə təmizlik işləri aparan şəxslərə xüsusi geyim forması paylanılıb.

“Report”un verdiyi

məlumata

 əsasən, jiletlər magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxsləri avtomobil qəzalarından qorumaq məqsədilə hazırlanıb.

Geyimlərin əsas üstünlüyü üzərində düymə ilə idarə olunan sayrışan işıqlar və xüsüsi işıq qaytarıcılarının olmasıdır. Həmin sayrışan işıqlar və işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub.

Sonuncu belə hadisə 2018-ci il martın 27-də

qeydə

alınıb.

Həmin gün saat 18:00 radələrində Sabunçu qəsəbəsində “KamAZ” markalı maşın yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Aparılan araşdırmalar zamanı Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

Yol süpürən qadınların avtomobillə vurulması faktları bununla bitmir. İl ərzində bir-neçə dəfə belə hadisələr baş verir. Bunların sırasında ictimaiyyət arasında geniş rezonansa səbəb olmuş hadisə 2013-cü ildə, hazırda Kiprin “Anortosis” futbol klubunun şərəfini qoruyan, Azərbaycan milli yığmasının üzvü Araz Abdullayevin Bakının Xətai rayonu ərazisində iki yol süpürən qadını avtomobillə vurması olmuşdu.

O zaman qadınlardan biri həlak olmuş, digəri isə yaralanmışdı.

Ana səhifəXəbərlərAvtomobil yollarını təmizləyən işçilərə xüsusi geyim paylanılıb