Avstraliya millət vəkili müsəlman miqrantları qınadığına görə cəzalandırılıb

Fraser Anning “qışqırtıcı və bölücü” adlandırılıb

Source: Meydan TV


Fraser Anning "qışqırtıcı və bölücü" adlandırılıb

Avstraliya Senatı Yeni Zelandiyadakı məscid hücumlarında müsəlman miqrasiyasını günahkar bilən və bununla da geniş kütlə tərəfindən hiddətə səbəb olan bir millət vəkilini rəsmi olaraq qınayıb.

Sağ müstəqil senator Fraser Anning keçən ay 50 adamın öldürülməsiylə nəticələnən ‘Christchurch’ terror hücumuyla bağlı fikir bildirib. Çərşənbə günü siyasilər deputatı fikirlərinə görə qınayıblar və onu "qışqırtıcı və bölücü" adlandırıblar.

Anning qınamanı "söz azadlığına hücum" kimi dəyərləndirib.

Son on ildə Senat tərəfindən qəbul ediləcək beşinci olan bu töhmətdə bildirilir ki, Anningin fikirləri parlamentin və ya avstraliyalıların fikirlərini əks etdirmir.

"Bu gün Yeni Zelandiya küçələrində qan tökülməsinin əsl səbəbi müsəlman fanatların ilk növbədə Yeni Zelandiyaya köç etməsinə imkan verən immiqrasiya proqramıdır," – Anning bildirmişdi.

“Onun şərhləri utancverici" və qorxunc idi,” – digər millət vəkilləri Senatı məlumatlandırarkən qeyd ediblər. Töhmətdə deyilir ki, Anning günahı dəhşətli bir cinayətin qurbanlarında görmək və insanları din əsasında alçaltmaq istəyib.

Baxmayaraq ki, töhmət praktiki cəza tələb etmir, o rəsmi qınaq olaraq qəbul edilir. Konstitusiya hüququ mütəxəssisləri deyirlər ki, töhmətlə millət vəkili ikili vətəndaşlığı olmadan, cinayətdə günahlandırılmadan parlamentdən qovula bilməz.

Yalnız bir senator Kori Bernardi (Cory Bernardi) çərşənbə günü töhmət əleyhinə səs verib. Üç başqa millət vəkili bitərəf qalıb.

Anning parlamentə 2017-ci ildə dikvalifikasiya edilmiş başqa bir senatorun əvəzedicisi kimi daxil olub və 2016-cı il seçkilərində sadəcə 19 səs toplaya bilib.

1.4 milyon insan petisiya imzalayaraq Anningin istefasını tələb edib. Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern də onun fikirlərini rüsvayçılıq adlandırıb.

Message Input

Message xeber-qrupu

Ana səhifəDünyaAvstraliya millət vəkili müsəlman miqrantları qınadığına görə cəzalandırılıb