Avropa Məhkəməsi Navalnının lehinə qərar çıxarıb

AİHM, aprelin 9-da verdiyi qərarından sonra etdiyi şərhdə deyib ki, ona qoyulan məhdudiyyətlər üzləşdiyi ittihamlarla qeyri-mütənasib olub.

Source: google.az


Rusiya dövləti siyasətçiyə 20 min avro ödəməlidir

Avropa İnsan Haqlar Məhkəməsi (AİHM) Rusiya hakimiyyətinin müxalif siyasətçi Aleksey Navalnının 2014-cü ildə ev həbsi altında saxlayaraq hüquqlarını pozduğuna dair qərar çıxarıb.

Navalnı 2014-cü ilin fevral ayında ev həbsinə salınıb və bir neçə ay ev həbsində qalıb. Bu müddət ərzində onun barəsində mənimsəmə iddiasi altında araşdırma başladılıb. Tərəfdarları iddiaların siyasi motivli olduğunu qeyd edirlər.

AİHM, aprelin 9-da verdiyi qərarından sonra etdiyi şərhdə deyib ki, ona qoyulan məhdudiyyətlər üzləşdiyi ittihamlarla qeyri-mütənasib olub.

AİHM eyni zamanda qərar verib ki, Rusiya İnsan Hüquqları üzrə Avropa Konvensiyasını pozub və “aydındır ki, [Navalnı] ictimai fəaliyyətlərinə görə bu şəkildə rəftara mərzu qalıb”.

Məhkəmə qərar verib ki, Rusiya Navalnıya ziyana görə 20 min avro (22,480 dollar) xərclərə görə isə 2,665 avro (3,000 ABŞ dolları) ödəməlidir.

Navalnı AİHM-nin qərarını “İnstagram” hesabında “zəfər” adlandırıb.

“Bizi dəstəkləyən hüquqşünaslar qrupunu və bütün dürüst insanları təbrik edirəm. Mən əminəm ki, bu hökm Rusiyada davamlı qanunsuzluqlarla üzləşənlər üçün mühüm nəticələrə səbəb olacaq”,- Navalnı deyib.

Prezident Vladimir Putinin sözçüsü isə bunu tənqid edib.

Dmitri Peskov hökmün “çox gözlənilməz” olduğunu və Putin rəhbərliyinin bununla “çətin razılaşa” biləcəyini söyləyib.

2014-cü ilin dekabrında Navalnı və qardaşı Oleq Rusiya məhkəməsi tərəfindən 30 milyon rubl mənimsəməyə görə ittiham olunub.

Lakin Strasburqda yerləşən AİHM 2017-ci ilin oktyabrında qərar vermişdi ki, Rusiya məhkəmələri ədalətli məhkəmə araşdırma hüququnu pozub. AİHM bu işi yenidən nəzərdən keçirərək, 2018-ci ilin noyabrında Rusiya hakimiyyətinə qarşı qərarını dəyişdi.

Qərarda qeyd edilir ki, Rusiya Navalnının hüquqlarını 2012-ci ildən 2014-cü ilədək çox sayda həbs və həbs qətimkanlarıyla pozub və baş vermiş həbsləri “qanunsuz” və “siyasi motivli” adlandırıb.

Navalnı Putinin əsas siyasi rəqiblərindən biridir.

Ana səhifəDünyaAvropa Məhkəməsi Navalnının lehinə qərar çıxarıb