Arif Yunus: Mən inanmıram ki, Elnur Aslanov nurçudu


Arif Yunus ölkədə yeni gündəmə gələn nurçular, gülənçilər söhbətinin hakimiyyət daxili çəkişmələrin nəticəsi olduğunu hesab edir.

Martın 18-də konfliktoloq Arif Yunus Meydan TV-yə geniş müsahibə verib. Konfliktoloqla söhbətimizdə əsas mövzu Azərbaycanın dini sahədə yaranan vəziyyətə aydınlıq gətirməkdir. Xüsusən, vəhhabi, xəvaric, sünnü, şiə və digər təriqətlər arasındakı fərqlər, onların bir-birinə münasibəti təhlil olunub. Nəhayət, son günlərin siyasi hakimiyyət daxilində qarşılıqlı mübarizə prosesinə çevrilən nurçuluq olaylarının yaratdığı suallara cavab almışıq. Müsahibə saytımızda sabah yayımlanacaq. Ancaq Arif Yunus müsahibəsində martın 17-də prezidentin sərəıncamı ilə vəzifəsindən kənarlaşdırılan Elnur Aslanov olayına da münasibət bildirib. Qeyd edək ki, bir sıra media orqanlarında E.Aslanovun vəzifəsindən azad olunması onun nurçu olması və onların lideri Fətullah Gülənə məktubu ilə izah olunur. Ona görə də A.Yunus bu barədə dediklərinin maraqlı olduğunu nəzərə alaraq Meydan TV izləyicilərinə təqdim edirik. Arif Yunusla daha geniş müsahibə də tezliklə təqdim olunacaq.

Ana səhifəVideoArif Yunus: Mən inanmıram ki, Elnur Aslanov nurçudu