QHT-lərlə bağlı təklif edilən qanun layihəsi birmənalı qarşılanmır. 2025-ci ilin fevralında QHT işi ilə bağlı istintaq yenidən başladılıb. Bundan sonra beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edən bir sıra QHT nümayəndələri saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar. Zöhrab İsmayıl deyir ki, bu iş çərçivəsində hökumət növbəni öz yandaşlarına da gətirəcək. Hökumətin nəzarət etdiyi, hakimiyyətə xidmət edən QHT-lər də var ki, onlara həbs verilməsə də, cəzalandırılıblar. Beləliklə, başlayan bu dalğa elə həmin hökumət QHT-lərini də yuyub aparacaq.