Səfərbərlik Xidmətinin 2 sabiq şöbə rəisi həbs olunub

Eks məmur həbs edilən zaman, foto: DİN

Naxçıvanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin sabiq rəisi, polkovnik-leytenant Məftun Xəlilov və mayor Habil Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Məftun Xəlilov 8 il, Habil Niftəliyev isə 8 il 2 ay müddətinə azalıdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs edilib.

Təqsirləndirilən Məftun Xəlilov Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin rəisi vəzifəsində çalışarkən vətəndaşlardan təkrarən rüşvət almaqda ittiham olunur. O, rəis vəzifəsindən çıxarıldıqdan sonra onu Habil Niftəliyev əvəz edib. Habil Niftəliyev də eyni əməlləri törətməkdə ittiham olunur.

Hərbi Prokurorluq hər iki şəxsə Cinayət Məcəlləsinin təkrar rüşvət almaqda və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almaqda maddələri ilə ittiham irəli sürüb.

Ana səhifə ▸ Siyasət ▸ Səfərbərlik Xidmətinin 2 sabiq şöbə rəisi həbs olunub