“QHT işi”: Əhməd Məmmədzadəyə 7 il 6 ay həbs verildi, məhkəmə zalından azadlığa buraxıldı

Ədalət sistemi, məhkəmə. Mənbə: BERMIX STUDIO/shutterstock

Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə təqsirləndirilən Əhməd Məmmədzadənin yekun məhkəmə prosesi keçirilib.

Hakim Hafiz Kamranov sədrlik etddiyi prosesdə Məmmədzadə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Onun cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Qərardan sonra Əhməd Məmmədzadə məhkəmə zalından azadlığa buraxılıb.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt Vətəndaş Hüquqları İnstitutunun rəhbəri B.Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunub.  Apreldə daha üç nəfər – ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.

Onlara qarşı 193-1.2.2 (cinayət yolu ilə əldə edilmişəmlakı leqallaşdırma, təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə ), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Ana səhifəSiyasi işlər“QHT işi”: Əhməd Məmmədzadəyə 7 il 6 ay həbs verildi, məhkəmə zalından azadlığa buraxıldı