Avropa Məhkəməsi “Pegasus” məsələsi ilə bağlı komunikasiyaya başlayıb

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Avropa İnsan Haqları Məhkəməsi “Pegasus” casus proqramı ilə bağlı Azərbaycan hökuməti ilə komunikasiyaya başlayıb.

Bu barədə məlumatı vəkil Fariz Namazlı öz “Facebook” səhifəsində paylaşıb.

Vəkil yazır ki, məhkəmə Azərbaycandan olan ümumilikdə 59 nəfərin işini birləşdirərək 2 iş üzrə araşdıracaq. 

Azərbaycandan daxil olan ümumilikdə 59 nəfərin işini Məhkəmə birləşdirərək 2 iş üzrə araşdıracaq. Məhkəmə Konvensiyanın 8 (şəxsi həyata müdaxilə), 13 (səmərəli müdafiə vasitələri), 18 (hüquqlardan sui-istifadə), bəzi işlərdə də 10 (ifadə azadlığı), 6 (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinin pozuntusunun olub olmaması ilə bağlı tərəflərə suallar ünvanlayıb, – deyə Namazlı vurğulayıb.

2021-ci il iyulun 18-də Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) dərc etdiyi araşdırmada bildirilirdi ki, Azərbaycan hökuməti jurnalistlərə, siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən “NSO Group” şirkətinin casus proqramından istifadə edib. Sızdırlan şübhəli hədəflər siyahısında 200-dən çox şəxsin adı hallanırdı

Vəkil bildirib ki, casus proqramının qurbanı olan ictimai şəxslər Baş prokurorluğa müraciət ediblır, amma nəticə olmadığından Avropa Məhkəməsinə üz tutublar.

“2021-ci ildə mətbuatda gedən xəbərlərdən məlum olub ki, dünyada bir çox ölkələr, o cümlədən Azərbaycan müxalif şəxslərin (o cümlədən mənim) şəxsi məlumatlarını Pegasus casus proqramı vasitəsi ilə ələ keçirməyə çalışıb və ələ keçirib. Həmin müdaxilənin qurbanı olan şəxslər Baş prokurorluğa şikayət edərək müdaxilənin qanunsuz hesab olunmasını tələb ediblər”. 

Ana səhifəSiyasətAvropa Məhkəməsi “Pegasus” məsələsi ilə bağlı komunikasiyaya başlayıb