O bundan əvvəl nazirin müavini vəzifəsini daşıyırdı
Prezident İlham Əliyevin Sərəncamı ilə Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib.
2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.
2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
2018-ci ildən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.
O, nazir vəzifəsinə Prezidentin digər sərəncamı ilə nazir müavinliyindən çıxarıldıqdan sonra təyin olunub.
Bundan əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olub.
Bir gün öncə, fevralın 6-da o, Prezidentin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəsifəsindən azad edilərək, maliyyə naziri təyin edilib.
Sahil Babayev 2018-ci ildən əmək və əhalinin sosial müdafiəsi naziri idi.