Çexiya Krım tatarlarının deportasiyasını soyqırımı kimi tanıyıb

Foto: Krım Tatar Xalqının Məclisinin “Facebook” səhifəsi

Senat aktı yekdilliklə qəbul edib, əleyhinə çıxan olmayıb

Çexiya Senatı 1944-cü ilin mayında Krım tatarlarının deportasiyasını soyqırım aktı kimi tanıyan qətnaməni yekdilliklə qəbul edib.

Bu barədə Krım Tatar Xalqının Məclisi məlumat yayıb.

Senatda sənədin lehinə 70 deputat səs verib, əleyhinə və ya bitərəf qalan olmayıb.

Bununla da, Çexiya Krım tatarlarının deportasiyasını soyqırım kimi tanıyan yeddinci ölkə olub.

Bundan əvvəl müvafiq qərarlar Ukrayna, Litva, Latviya, Estoniya, Kanada və Polşa parlamentləri tərəfindən qəbul edilib.

Sovet ordusu Krımı alman işğalından azad etdikdən sonra yarımadaya qayıdan bolşevik hökuməti burada yaşayan bütün Krım tatarlarını “satqın” kimi tanıyıb.

Etnik təmizləmə İosif Stalinin şəxsi göstərişi ilə təşkil edilib.

1944-cü il mayın 18-21-də baş verib.

Bu müddət ərzində Sovet hakimiyyəti Krım ərazisindən 190 mindən çox tatarı çıxarıb, baxmayaraq ki, 430 min deportasiya haqqında məlumat var.

2015-ci il noyabrın 12-də Ukrayna Ali Radası Krım tatarlarının deportasiyasını soyqırımı kimi tanıyıb və 18 mayı Krım tatarlarının soyqırımı qurbanlarının anım günü kimi təsis edib.

Ana səhifəDünyaÇexiya Krım tatarlarının deportasiyasını soyqırımı kimi tanıyıb