Lavrov Blinkenlə Maltada mübahisə edib

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 31-ci iclası Foto: “holosameryky”

Rusiyalı nazirin çıxışı zamanı Ukraynanın və digər dövlətlərin zalı tərk etdiyi bildirilir

Maltada Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 31-ci iclasında ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında mübahisə yaşandığı bildirilir.

AP-nin məlumatına görə, Sergey Lavrov Qərbi eskalasiya etməkdə və ölkəsi ilə birbaşa münaqişəyə təhrik etməkdə ittiham edib:

Əfqan rüsvayçılığından sonra yeni ümumi düşmənə ehtiyac yaranıb. Nəticə “Soyuq müharibə”nin reinkarnasiyasıdır, lakin indi onun qaynar fazaya keçməsi riski daha böyükdür”.

Rusiyalı nazir bu çıxışından sonra zalı tərk edib.

ABŞ dövlət katibi E.Blinken rusiyalı həmkarına cavab olaraq yada salıb ki, vəziyyət məhz Moskva Şimali Koreya qoşunlarını Avropada yerləşdirməklə, Ukraynaya qarşı orta mənzilli ballistik raketdən istifadə etməklə və onun enerji sektorunu vurmaqla gərginləşib:

Cənab Lavrov hər bir üzv ölkənin öz seçimini etmək suveren hüququndan danışdı. Söhbət məhz bundan gedir: Ukraynanın və Ukrayna xalqının gələcəklə bağlı öz seçimlərini etmək və bu seçimlərə imkan verməmək suveren hüququdur“.

Dövlət katibi Rusiyanı “məharətlə dezinformasiya sunamisində boğmaqda” deyə ittiham edib. Həmçinin Moskvanı Moldova və Rumıniyada keçirilən son seçkilərə müdaxilə etməkdə suçlayıb:

“Lavrov təhlükəsizliyin bölünməzliyindən danışır, amma bu, yalnız bir məqsədi olan bir oyun ola bilməz, bu, Rusiya üçün yaxşıdır, amma Ukrayna üçün yox. Bu, Rusiyanın təhlükəsizliyi ilə bağlı deyil və heç vaxt da cənab Putinin Ukraynanı xəritədən silmək üçün imperiya layihəsi ilə bağlı deyil”.

Dekabrın 5-də Maltada Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 31-ci iclası öz işinə başlayıb.

Bu, Rusiyanın xarici işlər naziri Lavrovun Ukraynaya genişmiqyaslı işğal savaşından sonra Avropa İttifaqı ölkələrinə ilk səfəri idi.

S.Lavrovun çıxışından əvvəl Ukraynanın xarici işlər naziri Andriy Sibiqa və digər xarici diplomatlar zalı tərk ediblər.

Ana səhifəDünyaLavrov Blinkenlə Maltada mübahisə edib