“Amnesty” İsraili fələstinlilərə qarşı soyqırımında ittiham edir

Fələstin-İsrail. Foto: Bartolomiej Pietrzyk/shutterstoc

“İsrailin həyasızcasına və tam cəzasız olaraq dağıntılar törətdiyinə dair kifayət qədər sübutlar var”

Beynəlxalq insan haqları təşkilatı “Amnesty International” İsraili Qəzza zolağında Fələstin xalqına qarşı qəsdən və nümayişkaranə şəkildə soyqırımında ittiham edib.

Təşkilat bununla bağlı bəyanat yayıb.

““Amnesty International” İsrailin Qəzza zolağında fələstinlilərə qarşı soyqırımı törətdiyini və davam etdirdiyini araşdırıb, həmçinin davamlı, həyasızcasına, amansızcasına və tam cəzasız olaraq dağıntılar törətdiyinə dair kifayət qədər sübutlar tapıb. İsrail nümayişkaranə şəkildə Qəzza zolağında fələstinliləri məhv etmək məqsədi ilə Soyqırımı Konvensiyasının qadağan etdiyi hərəkətləri edir”, – bəyanatda deyilir.

Londonda yerləşən QHT-nin baş katibi Aqnes Kallamar bildirib ki, təşkilatın aşkarladığı nəticələr beynəlxalq ictimaiyyət üçün həyəcan siqnalı olmalıdır.

“İsrailə silah tədarükünü davam etdirən dövlətlər bilməlidirlər ki, onlar soyqırımının qarşısının alınması üzrə öhdəliklərini pozurlar və bu cinayətdə iştirakçı olmaq riski daşıyırlar. İsrail üzərində təsiri olan bütün ölkələr, xüsusilə ABŞ, Böyük Britaniya, Avropa İttifaqı üzvləri və digərləri hərəkətə keçməlidir. İsrailin Qəzzada fələstinlilərə qarşı vəhşiliklərinə dərhal son qoyulmalıdır”, – Aqnes Kallamar deyib.

Bəyanatda həmçinin bildirilir ki, araşdırma zamanı təşkilatın əməkdaşları 212 nəfərlə müsahibə edib, sahə araşdırması aparıb və geniş spektrli vizual və rəqəmsal sübutları, o cümlədən peyk görüntülərini təhlil edib.

QHT təsdiqlərini dəfələrlə İsrail hakimiyyəti ilə bölüşdüyünü, lakin heç bir əhəmiyyətli cavab almadıqlarını qeyd edib.

Hazırda davam edən HƏMAS-İsrail qarşıdurması 2023-cü il oktyabrın 7-də başlayıb.

BMT-nin Xüsusi Komitəsi İsrailin Qəzza zolağındakı siyasət və tətbiqlərini soyqırıma bənzədib.

Ana səhifəDünya“Amnesty” İsraili fələstinlilərə qarşı soyqırımında ittiham edir