Prokurorluq onu “qanunsuz mərc oyunlarına təşviq etmə”də şübhəli bilir
Türkiyəli şoumen və aparıcı Acun Ilıcalı barəsində araşdırma başlanıldığı bildirilir.
İstanbul Cümhuriyyət Prokurorluğu “Qanunsuz mərc oyunlarına təşviq etmə” istintaqı çərçivəsində şoumenə qarşı istintaq araşdırmasına başlayıb.
Eyni iddia ilə “TV8” telekanalı və “Exxen” rəqəmsal platformasının səlahiyyətli şəxsləri haqqında da istintaq başladılıb.
İstintaqın UEFA Millətlər Liqası matçlarında nümayiş etdirilən qanunsuz mərc reklamları ilə bağlı olduğu bildirilir.
Noyabrın 11-də İstanbul Cümhuriyyət Prokurorluğu “Qanunsuz mərc oyunlarına təşviq etmə” istintaqı çərçivəsində aparıcı Mehmet Ali Erbil və müğənni Serdar Ortaçı da saxlamışdı.
Nəzarətə alınan və polis bölməsində əməliyyatları tamamlanan 16 şübhəli İstanbul Ədliyyə Sarayına sövq edilib.
Həbs tələbi ilə məhkəməyə çıxarılan şübhəlilərdən ikisi Mehmet Ali Erbil və Serdar Ortaç prokurorluğa verdiyi ifadələrin ardından “ev dustaqlığı” qərarı ilə sərbəst buraxılıb.