Türkiyə vətəndaşı COP29 keçirilən məkana maşınla daxil olmaq istədi, həbs olundu

COP29. Foto: REUTERS/Aziz Karimov

Faktla bağlı cinayət işi başlanıb

Türkiyə vətəndaşı Mustafa Kılıçoğlu Azərbaycanda həbs olunub. Onun Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərdiyi iddia olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 11-dən Bakı Olimpiya Stadionunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir.

37 yaşlı Mustafa Kılıçoğlunun hadisə vaxtı sərxoş olduğu iddia edilir. İttihama görə, hadisə vaxtı idarə etdiyi “Mercedes” markalı avtomobil onun özünə məxsus olmayıb.

“Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus “Mercedes” markalı avtomobili zor tətbiq etməklə qaçıraraq, stadion ərazisində mühafizə hasarına vurmaqla, xuliqanlıq hərəkətləri törədib”, – DİN-in mətbuat xidmətindən belə deyilib.

Faktla bağlı cinayət işi başlanıb. Mustafa Kılıçoğlu haqqında həbs qərarı verilib.
Onunla bağlı istintaq hərəkətləri aparılır.

Mustafa Kılıçoğlunun özü və ya vəkilinin ona qarşı ittihamlara münasibəti məlum deyil.

Ana səhifəXəbərlərTürkiyə vətəndaşı COP29 keçirilən məkana maşınla daxil olmaq istədi, həbs olundu