Baş Prokurorluq əməliyyat-axtarış tədbirlərinin hələ də davam etdiyini deyir
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirir. Axşam saatl 21.30 olmasına baxmayaraq, əməliyyat-axtarış tədbirləri hələ də davam edir.
Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən də Meydan TV-yə təsdiqləyiblər.
“Əməliyyatın detalları barədə əlavə məlumat veriləcək”, – Baş Prokurorluqdan bildirilib.