Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirilir

Foto: BNA

Baş Prokurorluq əməliyyat-axtarış tədbirlərinin hələ də davam etdiyini deyir

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirir. Axşam saatl 21.30 olmasına baxmayaraq, əməliyyat-axtarış tədbirləri hələ də davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən də Meydan TV-yə təsdiqləyiblər.

“Əməliyyatın detalları barədə əlavə məlumat veriləcək”, – Baş Prokurorluqdan bildirilib.

Ana səhifə ▸ Sosial ▸ Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirilir