Müğənni dediyi fikrə görə mühakimə olunub
Türkiyəli müğənni Gülşənə məhkəmə qərarı ilə həbs cəzası verildiyi deyilir.
Türkiyə mətbuatının yazdığına görə, müğənni 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Gülşən 2022-ci ilin aprelində verdiyi konsertdə “”İmam Hatip”də oxuyub, axmaqlığı buna görədir”, – deməsi ölkə gündəmini zəbt edib, ictimaiyyətin narazılığına səbəb olmuşdu.
Buna görə həbs olunan müğənni daha sonra ev dustaqlığı qərarı ilə sərbəst buraxılmışdı.
Gülşən İstanbul Cəza Məhkəməsində “xalqı açıq-aşkar kin və düşmənçiliyə sövq etmək” (Türk Cəza Qanunun 216-cı maddəsi) maddəsi ilə ittiham olunurdu.