Süleyman Soylu: “ABŞ-ın başsağlığını qəbul etmirik” (yenilənib)

Hadisə yeri. Foto: AA

PKK İstanbuldakı partlayışı üzərinə götürməyib

PKK-nın hərbi qanadı Xalq Müdafiə Mərkəzi (HSM) Qərargah Komandanlığı 13 noyabr İstanbulda 6 nəfərin ölümü ilə nəticələnən parrtlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Xalq Müdafiə Mərkəzi verdiyi açıqlamada qeyd olunub:

“Xalqımız və demokratik ictimaiyyət bilir ki, bu hadisə ilə heç bir əlaqəmiz yoxdur. Xalq mülki insanların hədəfə almadığımızı və mülki insanları hədəf alan hərəkətləri qəbul etmədiyimizi də bilir”.

“Reuters”a danışan yüksək rütbəli türk rəsmisi hücumu həyata keçirən şəxsin kürd yaraqlıları ilə əlaqəsi olduğuna inandıqlarını, lakin İŞİD-lə əlaqəni istisna etmədiklərini bildirib.


“ABŞ səfirliyinin İstanbuldakı terror aktı ilə bağlı başsağlığı verməsini qəbul etmirik və rədd edirik”.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu noyabrın 14-də ABŞ-ın İstanbuldakı terror aktına reaksiyasına münasibət bildirərkən deyib.

O həmçinin deyib ki, Kobani kimi terror bölgələrini bəsləyən, oradan Türkiyənin sabitliyini pozmağa çalışan, bu anlayışa öz senatorlarından pul göndərən bir dövlətlə müttəfiqliyimiz, əlbəttə ki, dartışılmalıdır. Bu qədər açıq və net.

Bu arada Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb ki, laboratoriya müayinələri İstanbulda törədilən terror aktında partlayıcı trinitrotoluoldan (TNT) istifadə edildiyini müəyyən edib.


Saxlanılan şəxsin Suriya əsilli Əhlam Əlbəşir olduğu deyilir

Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışla bağlı bir nəfərin saxlanıldığı bildirilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

Nazir hadisəni törədən şəxsin İstanbul Polis İdarəsi tərəfindən saxlanıldığını deyib.

Soylu partlayışın PKK/PYD terror təşkilatı tərəfindən törədildiyini söyləyib:

“Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır”.

Nazir bildirib ki, yaralılardan 5-i hazırda reanimasiyadadır: “Onlardan ikisinin vəziyyəti ağırdır”.

Türkiyə mediasının yazdığına görə, əməliyyat zamanı 46 nəfər saxlanılıb:

Əhlam Əlbəşir. Foto: Türkiyə Daxili İşlər Nazirliyi

“Şübhəlilərin dindirilməsi zamanı bombanı yerləşdirən qadının Küçükçekmecedəki bir ünvana getdiyi müəyyən edilib. Saat 02.50-də təyin olunmuş ünvanda həyata keçirilən əməliyyatda hadisəni törədən Suriya əsilli Əhlam Əlbəşir tutulub”.

“Əhlam Əlbəşirin dindirilməsi zamanı onun PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi təhsil aldığı və hərəkətə keçmək üçün Afrin-İdlibdən Türkiyəyə qeyri-qanuni yollarla daxil olduğu öyrənilib“.

Noyabrın 13-də saat 17 radələrində Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayışda 6 nəfərin öldüyü, 53 yaralının olduğu bildirilir.

Ana səhifəDünyaSüleyman Soylu: “ABŞ-ın başsağlığını qəbul etmirik” (yenilənib)