DİN hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyir
Abşeron Rayon Mühafizə İdarəsinin polisi İntiqam Çıraqovun silahla ehtiyatsız davrandığından özünü öldürdüyü bildirilib.
Hadisənin iyunun 1-də baş verdiyi qeyd olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Nazirliyin məlumatında deyilir ki, İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb:
“Polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib”.