Rusiya azərbaycanlı jurnalisti axtarışa verdi

Rövşən Əsgərov. Foto: “Trend.az”

Rövşən Əsgərovun Jukovu təhqir etdiyi iddia olunur

Rusiya Daxili İşlər Nazirliyi “Nə? Harada? Nə vaxt?” televiziya oyununun iştirakçısı, azərbaycanlı jurnalist Rövşən Əsgərov barəsində axtarış elan edib.

Nazirliyin mayın 10-da yaydığı məlumatda qeyd olunub ki, aprelin sonunda İstintaq Komitəsinin müstəntiqləri Əsgərova qarşı nasizmin reabilitasiyası (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi) üzrə cinayət işi açıblar.

İstintaq iddia edir ki, o, aprelin 6-da “Facebook” səhifəsində Sovet İttifaqı marşalı Georgi Konstantinoviç Jukovun xatirəsini təhqir edən məlumatlar yazıb.

Əgər R.Əsgərov saxlanılarsa, onu 5 milyon rubla qədər cərimə və ya 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

49 yaşlı Rövşən Əsgərov Azərbaycan və Rusiya vətəndaşıdır. Əsasən Moskvada yaşayır.

2009-cu ildən “Baku” jurnalının direktorudur.

Jurnalın baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Ana səhifəXəbərlərRusiya azərbaycanlı jurnalisti axtarışa verdi