“Azersun Sənaye Parkı”ndakı yanğında 9 nəfər xəsarət alıb

“Azərsun Sənaye Parkı” yanğından sonra. Foto: FHN

Hazırda 2 nəfər xəstəxanadadır

Aprelin 28-də “Azersun Sənaye Parkı”nda baş verən yanğında xəsarət almış 9 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.


Məlumatı TƏBİB yayıb.

“Azərsun Sənaye Parkı” yanğından sonra. Foto: FHN

Bildirilir ki, hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur.

“Yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub”, – məlumatda qeyd olunub.

“Azərsun Sənaye Parkı” yanğından sonra. Foto: FHN
Ana səhifəSosial“Azersun Sənaye Parkı”ndakı yanğında 9 nəfər xəsarət alıb