Moskva Prokurorluğu müharibəyə qarşı aksiya iştirakçılarını “cinayət məsuliyyəti” ilə hədələyib

Müharibəyə qarşı piket. Foto: Kavkazski uzel

“Novaya qazeta”nın materialı əsasında

Moskvada bu gün hüquq müdafiəçisi Marina Litvinoviçi saxlayıblar

Moskva Prokurorluğu fevralın 24-ü keçirilmiş “razılaşdırılmamış mitinqlər”də iştirakın “neqativ nəticələri ilə bağlı xəbərdarlıq edib”. Bu haqda prokurorluğun “Teleqram” kanalında xəbər verilib

Nəzarət qurumu xəbər verib ki, tədbir şəhərin icra hakimiyyəti ilə qanun çərçivsində razılaşdırılmayıb.

“Kütləvi tədbirlər zamanı mümkün olacaq pozuntuların qarşısının alınması üçün orada iştiraka çağıran şəxslərə qanun pozuntusunun yolverilməz olması barədə xəbərdarlıq edilib”, – paytaxt prokurorluğu bəyan edib və cinayət məsuliyyəti ilə bağlı xəbərdarlıq edib. 

Rusiya Federasiyasının İstintaq Komitəsi həmçinin “KİV-də, İnternetdə və sosial şəbəkələrdə kütləvi iğtişaşlarda və mitinqlərdə iştiraka çağırışların yayılması ilə bağlı” xəbərdar edib.

“Yadda saxlamaq lazımdır ki, məhkəməyə cəlb edilmə faktı mənfi nəticələrə gətirib çıxarır və insan taleyində iz buraxmış olur”, – orada bildirilir.

Moskvada bu gün hüquq müdafiəçisi Marina Litvinoviçi saxlayıblar. O saxlanılmazdan əvvəl rusiyalıları Ukraynadakı “xüsusi əməliyyat”a qarşı etiraz aksiyasına çıxmağa çağırıb.

Rusiya şəhərlərində Ukraynadakı müharibəyə qarşı keçirilmiş aksiya iştirakçılarını tutmağa başlayıblar.

27 adamın saxlanıldığı məlumdur.  Rusiya Prezidenti Vladimir Putin Moskva vaxtı ilə səhər saat 5:30-da Ukraynada “xüsusi əməliyyat”a başlanması barədə elan edib.

“Biz Ukraynanın demilitarizasiyasına və denasifikasiyasına çalışacağıq”, – o deyib.

Rusiya Müdafiə Nazirliyində bəyan  ediblər ki, Ukrayna ordusunun hərbi infrastrukturu, HHM obyektləri, hərbi aerodromları və aviasiyası sıradan çıxarılır.

Ana səhifəAnalitikaMoskva Prokurorluğu müharibəyə qarşı aksiya iştirakçılarını “cinayət məsuliyyəti” ilə hədələyib