Hadisənin bu gün baş verdiyi bildirilir
Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət edən əsgər Asif Məhərrəmzadənin həlak olduğu bildirilir.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.
Nazirlik Bakı qarnizonundakı N nömrəli hərbi hissənin əsgəri Asif Məhərrəmzadənin yanvarın 22-də həlak olduğunu qeyd edib.
“Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır”,-deyə bildirilib.