Vüqar Məmmədov təsərrüfat fəaliyyəti ilə məşğul imiş
Yanvarın 18-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında təsərrüfat fəaliyyətilə məşğul olan Vüqar Məmmədov minaya düşüb. Bu barədə Meydan TV-yə prokurorluqdan verilən məlumatda bildirilir ki, nəticədə 26 yaşlı Vüqar Məmmədovun sol ayağı amputasiya olunub.
“Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib”, – məlumatda bildirilir.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
2020-ci il noyabrın 10-da Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılması barədə razılaşmanın imzalanmasından bu yana 200-ə yaxın adam minaya düşərək həlak olub və ya xəsarət alıb. Onların da əksəriyyəti mülki şəxslərdir.