Pandemiya dövründə Azərbaycanda ilk tamaşa

Sentyabrın 18-dən başlayan Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı bu ayın 27-də yekunlaşacaq.

Source: Specify Source


Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” opera tamaşası təqdim edilib

Pandemiya dövründə Azərbaycanda teatrda ilk tamaşa nümayiş olunub.

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” opera tamaşası təqdim edilib.

Məlumatı Mədəniyyət Nazirliyi

yayıb

.

Operada əsas hissələri Muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa edib.

Tamaşanın digər iştirakçıları Əməkdar artist Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nofəl), Taleh Yəhyayev (Leylinin atası), Aytən Məhərrəmova (Leylinin anası), Nurlan Namazov (İbn Səlam), Nəzər Bəylərov (Zeyd) olub.

Pandemiya ilə əlaqədar bir ildən çoxdur ki, Azərbaycanda teatrların fəaliyyəti dayanıb.

Bəzi teatrlar virtual tamaşalar nümayiş etdirir.

Sentyabrın 18-dən başlayan Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı bu ayın 27-də yekunlaşacaq.

Azərbaycanda ilk operanın əsası (1908-ci ildə) Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" əsəri ilə qoyulub.

Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub.

Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış edib.

İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi teatr binasında baş tutub.

Opera Azərbaycan şairi Məhəmməd Füzulinin eyni adlı poeması əsasında yaradılıb.

Ana səhifəMədəniyyətPandemiya dövründə Azərbaycanda ilk tamaşa