Rusiyada universitetdə atışma: ölənlər var

“O, saxlanarkən müqavimət göstərib və yaralanıb”, – məlumatda bildirilir.

Source: Specify Source


Hadisəni törədən şəxsin saxlanıldığı bildirilir

Sentyabrın 20-də Perm Dövlət Universitetində (PGNIU) naməlum şəxsin odlu silahdan açıdığı atəş nəticəsində ölən və yaralananlar olub.

"RİA Novosti"

yazır

ki, ilkin məlumatlara görə, 5 nəfər ölüb, 6 nəfər yaralı var.

Hadisə zamanı tələbə və müəllimlər sinif otaqlarında qalıblar.

Sosial şəbəkələrdəki kadrlardan görünür ki, onlardan bəziləri pəncərədən tullanaraq qaçmağa çalışırlar.

Hadisəni törədən şəxs saxlanılıb. Onun şəxsiyyətinin müəyyənləşdirildiyi bildirilir.

İstintaq

İdarəsi

nin yaydığı məlumatda isə bildirilir ki, hücumda 8 nəfər öldürülüb, bir neçə nəfər yaralanıb.

“Şübhəli müəyyənləşdirilib. O, saxlanarkən müqavimət göstərib və yaralanıb”, – məlumatda bildirilir.

İstintaq idarəsinin nümayəndəsi Svetlana Petrenko hadisə ilə bağlı açıqlama verib: "İstintaq onun barəsindəki məlumatları toplayır, hadisənin təfərrüatları müəyyənləşdirilir”.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Perm ərazi prokuroru Pavel Buxtoyarov ərazidə olub.

O bildirib ki, qurbanlara və qurbanların ailələrinə kömək ediləcək.

1 milyon əhalisi olan Perm Moskvadan 1400 km şimal-şərqdə yerləşir.

Ana səhifəDünyaRusiyada universitetdə atışma: ölənlər var