55 yaşlı nazirin vəzifəsini icra edərkən öldüyü bildirilir
Rusiyanın fövqəladə hallar naziri, general Yevgeniy Ziniçev sentyabrın 8-də Krasnoyarski vilayətinin Norilsk şəhərində keçirilən təlimdə həlak olub.
TASS nazirin xidməti vəzifəsini icra edərkən həlak olduğunu
bildirib
.
1966-cı il təvəllüdlü Yevgeni Ziniçev 2018-ci ildən fövqəladə hallar naziri vəzifəsində idi.
Y.Ziniçev 1987-ci ildən SSRİ-nin xüsusi xidmət orqanlarındaydı. O, 1991-ci ildə dövlət mühafizə orqanında və sonra Prezident Vladimir Putinin təhlükəsizlik xidmətində çalışıb. Y.Ziniçev 2014-cü ildə Federal Təhlükəsizlik Xidmətinin terrorizmə qarşı mübarizə idarəsində müavin vəzifəsinə təyin olunub.