Qvineyada prezident saxlanılıb

“Biz daha siyasəti bir nəfərə etibar etməyəcəyik. Onu xalqa etibar edəcəyik”.

Source: Specify Source
Qvineyada prezident saxlanılıb: “Əsgərin vəzifəsi ölkəni xilas etməkdir”


Hərbçilər hökumətin buraxıldığını elan ediblər

Sentyabrın 5-də Qvineyada hərbçilər Prezident Alfa Kondeni saxlayıb və hökumətin buraxıldığını elan ediblər.

Hərbçilər ölkənin sərhədlərini bağlayıb, konstitusiyanı etibarsız sayıblar. Bu barədə ordu polkovniki Mamadi Dumbuya dövlət televiziyasında açıqlama verib.

Məlumatı

AzadliqRadiosu

yayıb. Mamadi Dumbuya bildirib ki, əsgərin vəzifəsi ölkəni xilas etməkdir:

"Biz daha siyasəti bir nəfərə etibar etməyəcəyik. Onu xalqa etibar edəcəyik”.

Polkovnik konstitusiyanın yenidən yazılacağını da söyləyib.

BMT-nin Baş katibi Antonio Quterres isə “Twitter” səhifəsində hökumətin silah gücüylə hər hansı formada ələ keçirilməsini pisləyib. ABŞ Dövlət Departamenti zorakılıqla bağlı xəbərdarlıq edib, Qvineyadakı hakimiyyəti ölkənin “sülh, sabitlik və rifah perspektivlərinə kölgə salacaq” “qeyri-konstitusion” hərəkətlərdən çəkinməyə çağırıb.

Qvineya dövlət başçısı Alfa Konde 10 ildən çoxdur prezident postundadır, onun 83 yaşı var. Alfa Konde 2020-ci ildə üçüncü müddətə seçilmək niyyətini açıqlayandan sonra ona münasibət dəyişib:

"Prezident vəzifə müddətinə məhdudiyyətin ona aid olmadığını deyib. Alfa Konde saxlanmazdan öncə paytaxt Konakridə prezident sarayı yaxınlığında atışma bir neçə saat çəkib. Sonradan yayılan videoda Kondenin hərbçilər tərəfindən saxlandığı görünür".

Ana səhifəDünyaQvineyada prezident saxlanılıb