Azərbaycanda daha bir kəndin adı dəyişdirilir

“Şamaxı rayonu sərhəd təmas xəttindən kənarda yerləşməsinə baxmayaraq, inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır”.

Foto: Arxiv


Məsələ Milli Məcisinin komitə iclasında müzakirə edilib

Şamaxı rayonunun Saqiyan kəndinin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Dekabrın 14-də Milli Məclisin Regional məsələlər komitəsinin onlayn formatda keçirilən iclasında bildirilib ki, layihədə Şaqiyan kəndinin Günəşli kəndi adlandırılması nəzərdə tutulub.

İclasda çıxış edən komitə sədri Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilən bir sıra ərazilərdə kənd və rayon adlarının dəyişdirilməsi prosesinə artıq başlanıb:

“Şamaxı rayonu sərhəd təmas xəttindən kənarda yerləşməsinə baxmayaraq, inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır. Mənfur qonşularımız tərəfindən bəzən belə məkanların adları müxtəlif məkrli məqsədlərə yozulur, “xülyalarını” dünya ictimaiyyətinə çatdırmaqda vasitə kimi istifadə edilir. Toponimiya Komissiyası ilə müvafiq məsləhətləşmələr aparıldıqdan sonra, sakinlərin də istəyinə uyğun olaraq coğrafi ərazi baxımından güney ərazidə yerləşən kəndin Günəşli adlandırılması məqsədəuyğun hesab edilib. Günəşli sözü həm də xoşbəxt, sevinc dolu, fərəhli və işıqlı mənalarını özündə əks etdirir”.

Həmçinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında Bələdiyyələrin Siyahısı”nda dəyişiklik ediləcək və Şamaxı rayonu Saqiyan bələdiyyəsi Günəşli bələdiyyəsi ilə əvəz ediləcək.

Müzakirələrdən sonra layihələr baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Parlamentni növbəti plenar iclası dekabrın 15-də keçiriləcək.

Ana səhifəSosialAzərbaycanda daha bir kəndin adı dəyişdirilir