Hansı Belarus şirkətlərinin Avropa İttifaqının yeni sanksiyalarına məruz qalacağı məlum olub

8 şirkətin adı çəkilir

Source: fsdaf

Məqalə

Euroradio

saytında dərc olunub.

8 şirkətin adı çəkilir

Aşağıdakı Belarus şirkətləri Avropa İttifaqının yeni sanksiyalarına məruz qalacaq:

“Logex”, Yeni neft şirkəti, “Sohra”, “Bremio Group”, “Globalcustom”, “Belaeronaviqasiya”, Minsk Avtomobil Zavodu və Belarus Avtomobil Zavodu. Bu haqda Litvanın “

15min.lt

” saytı xəbər verib.

“Logex” – gömrük brokeridir. Onun adını artıq Aİ-nin sanksiya siyahısına salınan Aleksandr Şakutinlə bağlayırlar. Yeni neft şirkəti – 2020-ci ildə alternativ Rusiya neftinin Belarusa tədarük edilməsi və Belarus neft məhsullarının ixracatı məqsədilə yaradılıb. Onun səhmdarları arasında Aleksey Oleksinin, Nikolay Vorobeyin (hər ikisi Aİ-nin “qara siyahısı”ndadır), Mixail Quseriyevin (Aleksandr Lukaşenkonun köhnə partnyoru) adını çəkirlər. Yeni neft şirkəti “Belneftkimya” dövlət konserninə daxil deyil.

“Sohra” – Belarus yük maşınlarının, tikinti materialları və kalium gübrələrin traktorlarının ixracı ilə məşğuldur. Şirkət Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçib və Oleksinin yaxın partnyoru Aleksandr Zaysevə məxsusdur.

“Bremino Group” – Zaysevin, Oleksinin və Vorobeyin şirkətidir. Bu şirkət “sanksiyalı mallar”ı Belarusdan keçirərək Rusiyaya daşımaqla məşğuldur.

“Globalcustom” – tranzit və logistik xidmətlərlə məşğuldur. Onu yaxın keçmişdə istefaya göndərilən Viktor Şeymanın (Belarus Prezident Aparatının rəhbəri) adı ilə bağlayırlar. Məhz bu şirkət 2020-ci ildə Belarusda ilk dəfə “Qardservis” mühafizə müəssisəsi təsis edib.

“Belaeronaviqasiya” – Belarus hava məkanında aeronaviqasiya xidmətləri təklif edən dövlət şirkətidir. MAZ və BelAZ – avtomobil nəhəngləridir. Hərçənd məhsullarının böyük bir hissəsi Rusiyaya və dünyanın üçüncü ölkələrinə tədarük edilir.

Ana səhifəDünyaHansı Belarus şirkətlərinin Avropa İttifaqının yeni sanksiyalarına məruz qalacağı məlum olub