Ərdoğan: Baydenlə görüşdə S-400 raketləri ilə bağlı irəliləyiş olmadı

Prezident deyib ki, Türkiyə İŞİD-lə torpaq üzərində döyüşən yeganə NATO ölkəsi olub.

Source: Hurriyet.com.tr


Türkiyə prezidenti antiterror məsələlərində “ikili standartlardan” gileylənib

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə 14 iyunda Brüsseldə NATO sammitinin əsnasındakı görüşünü “məhsuldar və səmimi” adlandırıb.

Dövlət başçılarının görüşü 45 dəqiqə

çəkib

.

Türkiyə prezidenti düşünür ki, ABŞ-Türkiyə bağlarında heç bir problem yoxdur və sözü gedən sahələrdə əməkdaşlıq problemlərdən zəngin və böyükdür.

O, iki ölkə arasındakı fikir ixtilaflarının çözülməsi yolunda boyuk irəliləyiş əldə edilməsə də, iyunun 14-də amerikalı həmkarı ilə ilk üzbəüz görüşündən sonra nikbin bəyanat verib.

R.T.Ərdoğan görüşdə Əfqanıstanla bağlı təklifini prezident Baydenə çatdırıb və Türkiyənin bu işi Macarıstanla birlikdə görməyə hazır olduğunu bildirib.

Eyni zamanda, o, amerikalı həmkarına antiterror məsələləri ilə bağlı “ikili standartlardan” gileylənib.

Prezident deyib ki, Türkiyə İŞİD-lə torpaq üzərində döyüşən yeganə NATO ölkəsi olub.

Türkiyə dövlət başçısı Baydenlə Rusiyadan alınmış S-400 raketləri ilə bağlı müzakirədə irəliləyiş olmadığını bildirib.

Ərdoğan söhbət zamanı habelə F-35 qırıcı proqramı ilə bağlı məsələni də qaldırdığını deyib: "Mən ona müdafiə sənayesi sahəsində birgə ata biləcəyimiz addımlardan danışdım”.

Ərdoğan iyunun 14-də Fransa prezidenti Emmanuel Makronla da görüşüb.

Makron bu görüşdən sonra keçirilən mətbuat konfransında deyib: "Prezident Ərdoğan görüşümüz zamanı təsdiqlədi ki, o da Liviya torpağındakı əcnəbi muzdluların, əcnəbi silahlıların bu ölkəni tərk etmələrini arzulayır”.

Ana səhifəDünyaƏrdoğan: Baydenlə görüşdə S-400 raketləri ilə bağlı irəliləyiş olmadı