Məzahir Pənahova “Şərəf” ordeni verildi

Məzahir Pənahov 2011-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

Foto: arxiv


Beynəlxalq hesabatlarda onun dövründə seçkilərin saxtalaşdırıldığı əksini tapıb

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun “Şərəf” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev martın 30-da

sərəncam

imzalayıb.

2000-ci ildən Mərkəzi Seçki Komissiyasına rəhbərlik edən Məzahir Pənahov 1951-ci ildə Tovuz rayonunda doğulub.

O, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1977-ci ildən 1993-cü ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim və dosent işləyib. 1993-cü ildən Bakı Dövlət Universitetinin “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının professoru, 1996-cı ildən 2019-cu ilədək həmin kafedranın müdiri olub.

Məzahir Pənahov 2011-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

Məzahir Pənahovun MSK-ya rəhbərlik etdiyi 20 ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Müşahidə Missiyası başda olmaqla beynəlxalq təşkilatların keçirilən seçkilərə münasibəti mənfi olub.

2005-ci il 6 noyabr parlament seçkiləri barədə Müşahidə Missiyasının yaydığı

bəyanat

da qeyd olunub ki, Milli Məclisə seçkilər ATƏT və Avropa Şurasının seçkilərin demokratik keçirilməsi üzrə bir sıra standardlarınа və öhdəliklərinə cavab verməyib: “Seçkiqabağı dövrdə bəzi məsələlərlə bağlı, xüsusi ilə də namizədlərin qeydiyyata alınması ilə əlaqədar, irəliləyişlər nümayiş etdirilsə də, seçki prosesinin əsas məqamları, məsələn seçicilərin qeydiyyatı ilə bağlı vəziyyət qeyri-müəyyən olaraq qalmışdır və fundamental hüquqlardan olan sərbəst toplaşma hüququ üzərinə məhdudiyyətlərin qoyulması seçkiqabağı kampaniyanı mənfi səciyyələndirilib. Səsvermənin sakit keçməsinə baxmayaraq, seçki prosesi səslərin sayılması və xüsusilə hesablanması zamanı getdikcə pisləşib”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Müşahidə Missiyasının 2013-cü il prezident seçkiləri haqda

rəy

ində isə deyilirdi: “Məntəqələrin 58 faizində səslər pis və ya çox pis sayılıb. Bundan başqa, seçki məntəqələri açılarkən onların 19 faizində baş verənlər də pis ya çox pis kimi qiymətləndirilib”.

Missiyanın 2018-ci il növbədənkənar prezident seçkilər haqqında

hesabat

ında qeyd olunub ki, seçkilər məhdudlaşdırıcı siyasi mühitdə və həqiqi demokratik seçkilərin keçirilməsi üçün ilkin tələb hesab edilən əsas hüquqlar və azadlıqları məhdudlaşdıran hüquqi çərçivədə baş verib: “Bu kontekstdə və plüralizmin, o cümlədən mediada olmadığı şəraitdə, bu seçkilərdə həqiqi rəqabət olmayıb. Digər namizədlərvəzifədə olan prezidentə qarşı birbaşa əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkiniblər. Vəzifədə olan prezidentin kampaniyası ilə onun rəsmi fəaliyyətləri arasında heç bir fərq qoyulmayıb”.

Ana səhifəSiyasətMəzahir Pənahova “Şərəf” ordeni verildi