1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Füzuli şəhəri 27 il sonra, 2020-ci ilin 17 oktyabrında Azərbaycan ordusu tərəfindən geri alınıb.
Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri olub. İşğal dövründə şəhər yerlə-yeksan edilib, infrastruktur dağıdılıb.