Bir gündə virusdan 2 nəfər həyatını itirib
Fevralın son günü Azərbaycanda 270 adam COVİD-19 infeksiyasına yoluxub, 117 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda testi müsbət çıxan 2 nəfərin öldüyü bildirilib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 234 min 537 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
"Onlardan 228 min 768 nəfər müalicə olunaraq sağalıb, 3220 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2549 nəfərdir".
Qərargah ötən müddətdə 2 milyon 598 min 679 testin aparıldığını vurğulayıb: "Bugünkü test sayı isə 7444-dür".
Azərbaycanda bu günə qədər 273,198 nəfər
peyvəndlənib
.
2020-ci ilin bu günü
Azərbaycanda ilk koronavirusa yoluxma qeydə alınıb. Həmin şəxs Rusiya vətəndaşı idi və o, İran İslam Respublikasından Azərbaycana daxil olarkən xəstəliyin əlamətləri müşahidə olunub.
Bir gün sonra "Azərbaycan Hava Yolları" QSC (AZAL) İran İslam Respublikasına uçuşları
dayandırıb
.