Navalnı: Putin tarixə tumanzəhərləyən kimi düşəcək

”Baxın tariximizdə Xilaskar Aleksandr və Müdrik Yaroslav olub”

Source: Specify Source


Rusiyalı müxalifətçiyə hökm oxundu

Fevralın 2-də Moskva məhkəməsi Gələcək Rusiya Partiyasının sədri Aleksey Navalnını “İv Roşe” işi üzrə 3.5 il azadlıqdan məhrum edib.

Aleksey Navalnı 2014-cü ildə ev dustağı olduğundan cəzasının 2 il yarımını çəkəcək. Vəkil Vadim Kobzev 10 gün müddətində hökmdən şikayət verəcəyini bildirib.

Bu barədə “ria.ru” məlumat yayıb.

Müxalifətçi son sözündə Rusiya Prezidenti Vladimir Putini onun həyatına sui-qəsddə ittiham edib:

“Mən yaxşı adamların, pilotların və həkimlərin sayəsində sağ qalmağımla onlara ölümcül zərbə vurmuşam. Sonra isə qaçıb hardasa bunkerdə mühafizə altında gizlənməmişəm. Daha sonra bundan da dəhşətlisi baş verib. Mən hələ öz zəhərlənməmin təhqiqatında iştirak etmişəm. Biz göstərdik və sübut etdik ki, Putin FTX-dən istifadə edərək qətlə qəsd edib”.

A.Navalnı dövlət başçısı V.Putini “tarixdə adamzəhərləyən kimi qalacaq” deyə qiymətləndirib:

“Baxın tariximizdə Xilaskar Aleksandr və Müdrik Yaroslav olub. Bu adam isə tarixə tumanzəhərləyən kimi düşəcək. Məni polis mühafizə edir, Moskvanın yarısı ona görə bağlanıb ki, biz onun opponentlərin tumanlarını oğurlayıb kimyəvi maddə ilə zəhərləməsini sübut etmişik”.

A.Navalnı yanvarın 17-də Berlindən Moskvaya qayıdarkən hava limanında saxlanılıb. A.Navalnı ötən ilin avqustda zəhərlənəndən sonra Almaniyada müalicə olunurdu.

Rusiyanın xeyli şəhərində Navalnının azad olunması üçün aksiyalar keçirilir, 100-dək adamın saxlanıldığı bildirilir.

Ana səhifəDünyaNavalnı: Putin tarixə tumanzəhərləyən kimi düşəcək