Azərbaycanda: 334 adam koronavirusa yoluxub

“Hazırda 21 min 104 aktiv xəstə var”.

Source: Архив


28 xəstə isə ölüb

Yanvarın 4-də Azərbaycanda 334 adam COVİD-19 infeksiyasına yoluxub, 1891 nəfər müalicə olunaraq sağalıb, 28 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Operativ qərargah Azərbaycanda indiyə qədər 220 min 599 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 196 min 734 nəfər müalicə olunaraq sağalıb, 2761 pasiyent ölüb. Hazırda 21 min 104 aktiv xəstə var”.

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3768, bu günə qədər isə 2 milyon 214 min 194 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialAzərbaycanda: 334 adam koronavirusa yoluxub