Gülnar Abbasova həkim idi
Yeni ilin ilk günlərində daha bir həkim koronavirusun qurbanı olub. Beləliklə də, noyabr ayından indiyədək virusdan ölən tibb işçilərinin sayı 15-i ötüb.
Məlumatı Meydan TV-yə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindəki (TƏBİB) mənbə verib.
Bildirilir ki, həkim Gülnar Abbasova bir müddət əvvəl virusa yoluxub, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Gülnar Abbasova veteran futbolçu Elbrus Abbasovun həyat yoldaşıdır. Elburus Abbasov da koronavirusdan həyatını itirmişdi.