COVİD-19 Azərbaycanda daha 45 nəfərin həyatına son qoydu

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11764, ötən müddət ərzində isə ümumilikdə 2153562 testin aparıldığını qeyd edib.

Source: Архив


Bir gündə 1519 şəxs infeksiyaya yoluxub

Dekabrın 27-də Azərbaycanda 45 nəfər COVİD-19 infeksiyasından ölüb, 1519 adam infeksiyaya yoluxub, 4471 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 214711 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb:

“Onlardan 168971 nəfər müalicə olunaraq sağalıb, 2499 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 43241 nəfərdir”.

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11764, ötən müddət ərzində isə ümumilikdə 2153562 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialCOVİD-19 Azərbaycanda daha 45 nəfərin həyatına son qoydu