Daha 36 nəfər həyatını itirib
Dekabrın 25-də Azərbaycanda 1703 adam COVİD-19 infeksiyasına yoluxub, 4359 nəfər müalicə olunaraq sağalıb, 36 şəxs ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Operativ qərargah Azərbaycanda indiyə qədər 211 min 764 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 160 min 245 nəfər müalicə olunaraq sağalıb, 2416 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 49103 nəfərdir”.
Eyni zamanda, ötən müddətdə 2 milyon 129 min 291 testin aparıldığı qeyd olunub:
“Bugünkü test sayı isə 13300-dür”.