COVID-19: Cənubi Qafqazda və dünyada

Bu həftə, dekabrın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə prezidentinin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, 48 min belə xəstə evdə müalicə alır.

Source: Foto: Turan İA


ÜST: “Hər 3 xəstəxanadan birində su qıtlığı var”

Azərbaycanda daha 3112 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. 2 923 nəfər isə sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib.

Koronavirus xəstələri ilə çalışan həkimlər daim açıqlamalarında həftənin 1-ci günü yoluxma faktının az açıqlandığını, buna səbəb bir gün əvvəlki istirahət günündə verilən test sayının az olmasını göstərirlər.

COVID-19 pandemiyasına görə Azərbaycanda uzun müddətdir ki, həftə sonu ictimai nəqliyyat işləmir.

Operativ Qərargah bildirir ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 045, bu günə qədər isə ümumilikdə 1 963 348 test icra olunub.

virus.jpg
Azərbaycan


Gürcüstanda

Gürcüstanda son bir gün ərzində daha 1 337 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib. Xəstələrdən 3 498 nəfər sağalıb, 49 nəfər isə vəfat edib.

Gürcüstanda koronavirusa ümumi yoluxma sayı 191 063-ə çatıb. Yoluxanların 161 681-i sağalıb, 1 839-u isə ölüb.

Hazırda karantin rejimində 986, stasionar nəzarətdə 6 912 nəfər var. 2 886 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Koronavirusun kəskin yayılması Gürcüstanda böhrana səbəb olub. Buna görə Avropa İttifaqı (Aİ) Gürcüstana 60 milyon avro qrant ayırıb.

Ümumi məbləği 75 milyon avro olan qrant üzrə I tranşdır və məqsəd böhran əleyhinə iqtisadi planın reallaşdırılmasına kömək etməkdir. Plana pandemiyanın səbəb olduğu mənfi nəticələrin azaldılması, iş yerlərinin saxlanılması, biznesin dəstəklənməsi və səhiyyə sisteminin gücləndirilməsi daxildir.

police-regulating-lines-on-Kostava-street-17-04-20-1024×684.jpg
Gürcüstan


Ermənistanda

Ermənistanda isə son bir gün ərzində 357 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirir ki, yoluxanların ümumi sayı 148 682 olub. Ölənlərin sayı isə 17 nəfər də artaraq 2 503-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 618-ə yüksəlib. Ermənistanda indiyədək 125 966 nəfər infeksiyadan sağalıb. Hazırda bu ölkədə 19 595 aktiv koronavirus xəstəsi var.

ec960d60bc4f77dfeb9ab851151943a6.jpg
Ermənistan


Rusiyada

Rusiyada son bir gündə daha 27 328 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bildirir ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 681 256 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 450 nəfər artaraq 47 391-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 124 797 nəfər sağalıb.

thumbs_b_c_232d8a54a69f756c166562d6d15778e0.jpg
Rusiya


Türkiyədə

Türkiyədə isə son 24 saatda 181 min 199 COVID-19 testi edilib. Onlardan 26 min 919 nəfərin test nəticələri pozitiv çıxıb.

CNN Türk yazır ki, virusa yoluxan 218 nəfər vəfat edib. Hazırda 5 min 973 nəfər ağır xəstə var.

22 min 215 nəfərin isə COVID-19 müalicədi bitib və evə buraxılıb. Bununla da bu günədək Türkiyədə bu virusdan sağalanların sayı 1 milyon 603 min 780-ə yüksəlib.

5f2b15f702e8bd19d0624f49.jpg
Türkiyə


ÜST: “Hər 3 xəstəxanadan birində su qıtlığı var”

Dünyada təxminən 1,8 milyard insan xəstəxanalarda su təchizatı problemlərinə görə COVID-19 və başqa infeksiyalara yüksək yoluxma riskinə meyillidir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytında yerləşdirilən xəbərdə deyilir.

ÜST-ün məlumatına görə, dünyada hər dördüncü tibbi müəssisə su təchizatına malik deyil və hər üç müəssisədən birində əllərin lazımlı gigiyenası üçün vasitə yoxdur.

“Su, sanitariya, gigiyena səhiyyə işçilərinin və pasiyentlərin təhlükəsizliyi üçün həyati əhəmiyyətə malikdir, ancaq bu xidmətlərə həmişə üstünlük verilməyib”, – məlumatda bildirilir.

ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesusun sözlərinə görə, səhiyyə müəssisələrində zəruri gigiyenanın yoxluğu şəraitində tibb personalının işi qoruyucu vasitələrsiz fəaliyyətə bərabərdir.

O vurğulayıb ki, su təminatı, sanitariya və gigiyena koronavirusla mübarizədə əsas rol oynayır.

423546323.jpg
Tedros Adanom Qebreyesus


Xatırlatma

COVİD 19-a yoluxma halları kəskin artdığı üçün dekabrın 14-dən Azərbaycanda sərt karantin rejimi tətbiq edilir. Ancaq xüsusi icazəsi olan insanlar evdən çıxa bilir. Digərləri isə yalnız ən vacib hallarda SMS icazə vasitəsilə yaşadıqları yeri 3 saatlıq tərk edə bilərlər.

İndiyədək Azərbaycanda bu virusa 178 986 nəfərin yoluxması faktı müəyyən edilib. Onlardan 114 841 nəfər müalicə olunaraq sağalıb, 1 966 nəfər vəfat edib. Bu günə olan aktiv xəstə sayı isə 62 179-dur.

Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

16058739223267554668_1000x669.jpg
Nazirlər Kabineti

Bu həftə, dekabrın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə prezidentinin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, 48 min belə xəstə evdə müalicə alır.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1,6 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəSosialCOVID-19: Cənubi Qafqazda və dünyada