Müharibədə mülki əhaliyə dəyən zərər qarşılanacaq

Qurum habelə 135 çoxmənzilli yaşayış evinin, 548 mülki obyektin yarsız vəziyyətə düşdüyünü açıqlayıb.

Source: Кавказский узел


“Savaşdan ziyan görmüş hər ailə üzvünə 1500 manat təzminat ödəniləcək”

Prezident İlham Əliyev müharibə vaxtı mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən:

– Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat;

– Digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardım ödəniləcək.


Zərər nə qədərdir?

Sentyabrın 27-də Azərbaycan və Ermənistan təmas xəttində döyüşlər başlayıb.

Azərbaycan tərəf müharibədən sonra açıqlama verərək bildirib ki, 44 günlük əməliyyat zamanı ölkənin 100-ə yaxın dinc sakini ölüb, 400-dək adam yaralanıb. Müharibə dövründə 40 mindən çox insan köçkün düşüb.

Baş Prokurorluğun isə mülki əhaliyə dəyən zərərlə bağlı açıqlamasında deyilir ki, müharibə zamanı Azərbaycan tərəfində 4186 ev yararsız hala düşüb.

Qurum habelə 135 çoxmənzilli yaşayış evinin, 548 mülki obyektin yarsız vəziyyətə düşdüyünü açıqlayıb.


Xatırlatma

Sentyabrın 27-də Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatlar başlayıb.

44 gün sürən əməliyyat nəticəsində (noyabrın 9-dək) Azərbaycan tərəfi 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

əməliyyatlar noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının adından atəşkəs bəyanatının yayılması ilə sonlanıb.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Həmin sənədə münasibət bildirən Prezident İlham Əliyev bildirmişdi ki, burada Dağlıq Qarabağa hər hansı status verilməsindən söhbət gedə bilməz.

O, statusun rədd olduğunu, cəhənnəmə getdiyini demişdi: “Mən Prezident olduğum müddətdə də belə bir statusun olmasından söhbət belə gedə bilməz”.

Prezident statusun olmayacağını söyləsə də, həmin ərazilərin hansı dövlətin nəzarəti altında olacağı barədə də heç nə deməyib. Eyni zamanda, bununla bağlı bugünədək hər hansı açıqlama da verilməyib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSosialMüharibədə mülki əhaliyə dəyən zərər qarşılanacaq