Mahir Quliyev: “Bü günkü durumuma görə çox utanıram”
Dövlət Təhlükəsizlik Xidməti
(DTX) vəzifəsindən çıxarılan və barəsində 4 ay həbs qətimkan tədbiri seçilən Biləsuvarın sabiq icra başçısı Mahir Quliyev haqqında məlumat yayıb.
Bildirilib ki, aprelin 29-da Mahir Quliyev xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.
DTX qeyd edib ki, Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq bir hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.
Məlumata görə, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə vəzifəli şəxslərdən, fərdi sahibkarlardan rüşvət tələb edib.
DTX dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə etdiyini bildirib.
“Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib”.
DTX-nın keçirdiyi əməliyyatla bağlı yaydığı videoda
Mahir Quliyev
in ilk dindirilməsi anı da qeyd olunub. O, əməllərindən utandığını deyib:
“Bu kimi əməllərə görə, əlbəttə ki, peşmanlığımızı çəkirik. Mən şəxsən özüm buraxdığım səhvlərə, bugünkü durumuma görə çox utanıram, vicdan əzabı çəkirəm”.
Aprelin 30-da
dövlət başçısı İlham Əliyev Mahir Quliyevin vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb. Elə həmin gün də
Səbail Rayon Məhkəməsi
Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev haqqında 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.