Azərbaycanda 57 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Bununla bərabər koronavirus infeksiyasına yoluxan 12 nəfər müalicə olunaraq evə buraxılıb.

Source: Reuters


Karantin rejimini pozan 6 nəfər inzibati həbs edilib

Azərbaycanda koronavirusa yoluxma hallarının sayı 641 nəfərə çatıb. Nazirlər Kabineti yanında operati qərargahın məlumatına görə aprelin 6-da 57 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bununla bərabər koronavirus infeksiyasına yoluxan 12 nəfər müalicə olunaraq evə buraxılıb.

Ümumilikdə, ötən dövr ərzində Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 44 nəfər müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Eyni zamanda, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirildiyi qeyd olunub:

“Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

APA

-ya verilən məlumata görə, koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 5-dən 6-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 5, o cümlədən Bakı şəhərində 2 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

Həmin obyekt sahiblərindən 1 nəfər inzibati qaydada həbs edilib, 4 nəfər isə cərimə olunub.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3796 nəfərə, onlardan Bakı şəhəri üzrə 1588 nəfərə cərimə tətbiq edilib, 5 şəxs inzibati qaydada həbs olunub.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfərə xəbərdarlıq edilib.

Ümumilikdə ötən gün ərzində respublika üzrə 6 nəfər inzibati qaydada həbs edilib, 3800 nəfər cərimə olunub, 1 nəfərə xəbərdarlıq edilib.

Ana səhifəSosialAzərbaycanda 57 yeni koronavirusa yoluxma faktı qeydə alınıb