Azərbaycanda 64 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Hazırda müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Source: Foto: arxiv


11 nəfər sağalıb və evə buraxılıb


Nazirlər Kabineti

yanında operativ qərargahının məlumatına əsasən, martın 30-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına 64 yoluxma faktı qeydə alınıb.

İnfeksiyaya yoluxanlardan 3 nəfərinin vəziyyəti ağır, 11 nəfərinki isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bundan başqa bu gün koronavirus infeksiyasına yoluxan 11 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ümumilikdə, Azərbaycanda koronavirus infeksiyasına 273 yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Hazırda müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 30 minə yaxın test aparılıb. Qərargahdan bildirilib ki, son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artım dinamikası həm xaricdən qayıdan çoxlu sayda vətəndaşlarımızda virusun aşkarlanması, həm də ölkə daxilində bir-birini yoluxdurma hallarının artması ilə bağlıdır.

Ana səhifəSosialAzərbaycanda 64 yeni koronavirusa yoluxma faktı qeydə alınıb