Daha 27 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb
Martın 29-da Azərbaycanda 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Onların 8 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhətinin isə stabil olduğu bildirilib.
Bu barədə
Nazirlər Kabineti
yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, hazırda ölkədə xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Azərbaycanda indiyədək 209 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 4 nəfəri ölüb, 15 nəfəri sağalaraq evə göndərilib.