Azərbaycandakı ticarət mərkəzləri qapadıldı

Qərargah bildirib ki, koronavirusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurətindən bu qərar qəbul olunub.

Source: Foto: google.az


Yalnız ərzaq mağazaları və apteklər çalışacaq

Martın 23-dən saat 00.00-dən etibarən ölkə ərazisindəki iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bir ay müddətinə dayandırılır.

Bu barədə məlumatı

Nazirlər Kabineti

yanında Operativ Qərargah yayıb.

Ancaq ticarət mərkəzlərinin nəzdindəki ərzaq mağazaları və apteklərin işləyəcəyi bildirilib.

Qərargah bildirib ki, koronavirusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurətindən bu qərar qəbul olunub.

Azərbaycanda koronavirusa yoluxanların sayı 65 nəfərdir, onlardan 10 nəfər sağalıb, bir nəfər isə ölüb. Hazırda 54 nəfər xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Ana səhifəİqtisadiyyatAzərbaycandakı ticarət mərkəzləri qapadıldı