“Məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək”
Nazirlər Kabineti
yanında operativ qərargah bir sıra dövlət qurumlarının əməkdaşlarının bir ay müddətinə məzuniyyətə göndərilməsi barədə qərar qəbul edib.
Məlumatda deyilir ki, məzuniyyət müvəqqəti xarakter daşıyır və martın 29-dan aprelin 29-a qədər nəzərdə tutulur və əməkhaqqı saxlanılmaqla həyata keçiriləcək.
“Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir. Belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır. İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin xeyli azalmasına səbəb olub. Bununla belə, işləyən vətəndaşların “özünütəcrid”i qeyri-mümkün olur və infeksiyanın yayılması təhlükəsini artırır”, – qərarda deyilir.
Qərarda bildirilir ki, növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək.