“Universitetin tələbəsi toksik zəhərlənmədən ölüb”

Ancaq o, suallara konkret cavab verməyib, yalnız qida zəhərlənməsi barədə deyilənləri təkzib edib

Source: Foto: arxiv


Qoşqar Təhməzli: “Tələbələr qidadan zəhərlənməyib”

“Bakı Dövlət Universitetin (BDU) yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb”.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Hadisə

noyabrın 21-də

baş verib.

BDU-nun 2 nömrəli yataqxanasında 3 tələbə zəhərlənib. Tələbələrdən biri, 1999-cu il təvəllüdlü Şəkər Xamətova ölüb. Digər iki tələbə noyabrın 27-də xəstəxanadan evə buraxılıblar.

Qoşqar Təhməzli tələbələrin zəhərlənməsi ilə bağlı cinayət işinin başlanıldığını və istintaq aparıldığını söyləyib.

Ancaq o, suallara konkret cavab verməyib, yalnız qida zəhərlənməsi barədə deyilənləri təkzib edib:

“Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir”, – Qoşqar Təhməzli deyib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Ana səhifəSosial“Universitetin tələbəsi toksik zəhərlənmədən ölüb”