Ərdoğan: Rusiyadan S-400 müdafiə sistemini almaqdan geri çəkilməyəcəyik

“Biz açıq şəkildə Türkiyəni xəbərdar etdik…”

Source: Meydan TV


"Biz açıq şəkildə Türkiyəni xəbərdar etdik…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Vaşinqtona qarşı çıxmasına baxmayaraq, Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemlərinin satın alınması barədə razılığa gəlib.

"S-400-ə gəldikdə, razılıq əldə edildi və geri addım atmaq sualı ola bilməz artıq … və S-400-dən sonra S-500-ə keçəcəyik,"- deyə Ərdoğan martın 6-da Kanal-24 televiziyasına deyib.

ABŞ Dövlət Departamenti martın 5-də Türkiyəyə Rusiyanın hava müdafiə sisteminin satın alınması ilə bağlı xəbərdarlıq edib və Vaşinqton Türkiyə Rusiyanın S-400 sistemini alarsa, “F-35” jet proqramına Türkiyənin girişini yenidən nəzərdən keçirə biləcəyini söyləyib.

Amerika Birləşmiş Ştatları uzun müddətdir deyir ki, S-400 NATO-nun silah sistemləri ilə uyğun deyil və bu, ittifaqı pozmaq üçün Rusiyanın cəhdlərindən biridir.

"Biz açıq şəkildə Türkiyəni xəbərdar etdik ki, S-400-ün əldə edilməsi Türkiyənin “F-35” proqramında iştirakının yenidən nəzərdən keçirilməsinə və Türkiyəyə gələcəkdə digər silah transferlərinə təhlükə yaradacaq", – Dövlət Departamentinin sözçüsü Robert Palladino bildirib.

ABŞ son beşinci nəsil “F-35” təyyarələrinin 100-nü Türkiyəyə satmağı qəbul etmişdi, amma indiyədək yalnız iki təyyarəni təslim edib. Konqres keçən il təyyarələrin çatdırılmasının təxirə salınmasını əmr edib.

Vaşinqton həmçinin Türkiyəyə ABŞ-ın raket əleyhinə müdafiə ekvivalenti olan “Patriot” raket əleyhinə müdafiə sistemini satmaq təklifini geri götürə biləcəyini bildirib.

Rusiya mətbuatı Türkiyənin 2,5 milyard dollar dəyərində dörd S-400 almaq niyyətində olduğunu xəbər verib.

Ankara, S-400-lərin qiymətinin çox hissəsini artıq ödəmiş olduğunu və sistemlərin noyabr ayında gələcəyini söyləyib.

Ana səhifəDünyaƏrdoğan: Rusiyadan S-400 müdafiə sistemini almaqdan geri çəkilməyəcəyik