Roskomnadzor tərəfindən qeydiyyatdan keçməyən veb saytlar xəbərdarlıqsız bloklanacaq
Prezident Vladimir Putin Rusiya hakimiyyət orqanlarına "saxta xəbərlər" və dövlətə və ya ictimaiyyətə təhqir hesab edilən məlumlatlar dərc edən veb saytları bloklamağa imkan verən qanun layihələrini imzalayıb.
Hər iki qanun layihəsini tənqidçilər Kremlin İnternet üzərində nəzarəti artırmaq və müxalifəti boğmaq cəhdlərinin bir hissəsi kimi görür. Qanun layihəsi prezident tərəfindən martın 18-də imzalanıb,- hökumət mediası xəbər verir.
Yeni qanunvericilik hakimiyyət orqanlarına dövlət rəmzlərini və ya Rusiya cəmiyyətini təhqir edən materialları yerləşdirən, həmçinin onların "saxta xəbər" hesab etdikləri məlumatları dərc edən veb-saytlarını və ya İnternet hesablarını blok etməyə imkan verir.
Milli Məclisin yuxarı palatası olan Federasiya Şurası martın 13-də qanun layihələrini təsdiqləmişdi. Bundan öncə isə martın 7-də hər iki qanun layihəsi aşağı palata olan Dövlət Duması tərəfindən təsdiqlənmişdi.
11 mart tarixində Rusiya Prezidentinin Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları İnkişafı Şurası yuxarı palataya qanun layihələrini yenidən işlənməsi üçün yenidən Dumaya göndərməyi tövsiyə etmişdi.
Prezident Şurası İnsan Haqları üzrə Avropa Konvensiyasına istinad edərək bildirmişdi ki, hər iki qanun layihəsi Rusiyada ifadə azadlığının məhdudlaşdırılmasına xidmət etmir.
Yeni qanun əsasən prokuror və onun müavinlərinə məhkəmənin qərarı olmadan saxta xəbərləri müəyyənləşdirməyə imkan verir, bundan sonra dövlət mediası və onun nəzarətçisi Roskomnadzorun sayt və ya internet hesablarını bloklamasına imkan yaranır.
Qanun "saxta xəbər" dərc etdiyi halda fərdlər üçün 100 min rubl (təxminən 1,525 dollar), dövlət qulluqçuları üçün 200 min rubl və şirkətlər üçün 500 min rubl cərimə nəzərdə tutur.
Qanunda deyilir ki, Roskomnadzor ilə rəsmi olaraq qeydiyyatdan keçmiş platformalar, o cümlədən online media vasitələri, veb saytlar bloklanmadan əvvəl onlara şans veriləcək ki, "saxta xəbər" kimi müəyyən edilmiş məlumatlar platformadan çıxarılsın. Qanun həmçinin qeyd edir ki, Roskomnadzor tərəfindən qeydiyyatdan keçməyən veb saytlar xəbərdarlıqsız bloklanacaq.
Yanvar ayında Dövlət Duması tərəfindən qanun layihələri təsdiqləndikdən sonra Rusiya müxalifət düşərgəsinin siyasətçisi İlya Yaşin qanun layihələrini "çılğın" adlandırmışdı.
"Onlar insanlara hakimiyyəti tənqid etməyi necə qadağan edə bilərlər," – Yaşin demişdi.